Misli Premyer Liqasında 2025-ci ilin sonuncu – XVI turuna start verilib.
İlk oyun günündə bir görüş keçirilib. Yevlax şəhər stadionunda “Kəpəz”in qonağı olan “Turan Tovuz” Alexandro Serramo və Jo Santosun qolları ilə 2:0 hesablı qələbə qazanıb.
“Turan Tovuz” hazırda 27 xalla 4-cü yerdə qərarlaşıb.. Aktivində 9 xal olan “Kəpəz” isə 10-cu yerdə möbqe tutub. Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq.















