İtaliya Superkubokunda ilk finalçının adına aydınlıq gəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarımfinal görüşündə son ölkə çempionu “Napoli” kubokun son finalçısı “Milan”la qarşılaşıb. Matç Neapol təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Kampaniya təmsilçisinin heyətində qolları 39-cu dəqiqədə David Neres və 63-də Rasmus Hoylund vurub.

Finalda “Napoli”nin rəqibinin adına bu gün baş tutacaq “Bolonya” – “Roma” oyununda aydınlıq gələcək.