Bu gün I Liqanın XI turu çərçivəsində daha iki matç baş tutub.
“Difai” və “Mingəçevir” 1:1-lik bərabərliyə razılaşıb. Digər görüşdə “Səbail” “Şahdağ Qusar”ın qonağı olub. Bu oyunda da qalib müəyyənləşməyib və tərəflər 2:2 hesablı heç-heçə ediblər.
Hazırda “Şəfa” 24 xalla liderdirsə, “Baku Sportinq” və “Sẹbail”in aktivində 22 xal var.
Tura sabah keçiriləcək “Cəbrayıl” – “Şəfa” qarşılaşması ilə yekun vurulacaq.


















