Bu gün Misli Premyer liqasında I turdan təxirə salınmış oyun keçiriləcək.
“Sabah” “Bank Respublika Arena”da “Qarabağ”la qarşılaşacaq. “Bayquşlar”ın 33 xalla lider olan Ağdam klubundan cəmi 2 xal geri qalması görüşü maraqlı edən məqamdır.
Elçin Məsiyevin start fiti ilə saat 19:30-da başlayacaq matç “CBC Sport”la canlı yayımlanacaq.


















