Azərbaycan boksçuları Almaniyanın Keinbaum şəhərində keçirilən U-17 Avropa çempionatını 4 medalla başa vurublar.

Təmsilçilərimizdən Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimov (46 kq) bütün rəqiblərini üstələyərək qitə çempionu olublar.

Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, turnirdə 29 ölkədən 382 idmançı mübarizə aparıb.