Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər müəyyənləşib.

2024-cü ildə ən çox gəlir əldə edən klub “Qarabağ”dır. Ağdam təmsilçisi büdcəsinə 34 milyon 753 min 800 manat əlavə edib. Bu göstəricidə “Neftçi” 28 milyon 617 min 506 manatlıq gəlirlə ikinci, “Sabah” 26 milyon 953 min 800 manatlıq gəlirlə üçüncü olub.

Digər klubların 2024-cü il üzrə gəlirləri aşağıdakı kimidir:

“Zirə” – 10 milyon 968 min 897 manat

“Sumqayıt” – 9 milyon 178 min, 60 manat

“Səbail” – 7 milyon 799 min 500 manat

“Araz-Naxçıvan” – 6 milyon 208 min 100 manat

“Turan Tovuz” – 6 milyon 145 min 200 manat

“Kəpəz” – 3 milyon 711 min 300 manat

“Şamaxı” – 3 milyon 51 min 300 manat

Qeyd olunan məbləğlər reklam və sponsorlardan daxilolmalar, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan daxilolmalar, kommersiya və digər əməliyyat gəlirləri, bilet satışından daxilolmalar hesabına formalaşıb.