Məşhur ABŞ-li boksçu, WBA, WBO və IBF versiyaları üzrə dünya çempionu olmuş Terens Krouford 38 yaşında karyerasını bitirib.
O, sosial şəbəkə hesabında paylaşdığı fotoya “Sübut edəcək heç nəyi qalmayan böyük biri kimi gedirəm” şərhini əlavə edib.
Qeyd edək ki, peşəkar karyerasında heç vaxt məğlub olmayan Krouford 31-i nokautla olmaqla 42 qələbə qazanıb














