Bu gün “Sabah” basketbol üzrə Çempionlar Liqasının B qrupunda son — 6-cı turun oyununu keçirəcək.

Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv səfərdə Almaniyanın “Alba Berlin” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bu görüşdə qələbə qazanacağı və paralel oyunda Çexiya təmsilçisi “Nimburk”un Fransadan “Elan Şalon”a məğlub olacağı halda, “bayquşlar” növbəti mərhələyə yüksələ bilərlər.

Qeyd edək ki, hazırda “Alba” və “Elan Şalon”un aktivində 9 xal var. “Sabah” “Nimburk”la birgə 6 xal toplayıb.