Portuqaliya Qran-prisi yenidən “Formula 1” təqviminə daxil ediləcək. Bu barədə “Formula 1″in baş direktoru Stefano Domenikali bildirib.

Yarışın 2027 və 2028-ci ildə “Alqarve” avtodromunda təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Portuqaliyada ilk yarış 1958-ci ildə keçirilib. Sonuncu qran-pri isə 2021-ci ildə baş tutub və həmin turnirdə “Mercedes” pilotu Lüis Hemilton finişə hamıdan tez çatıb.