Qadın güləşçilərimizin növbəti təlim-məşq toplanışı başlayıb. U-20 yığmamız avqustun 20-dək Bolqarıstanın paytaxtı Sofiyada hazırlıq prosesi keçəcək. Baş məşqçi Toğrul Əsgərov və U-20 seçməmizin böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında 59 kq-da Günay Qurbanova, 62 kq-da Ruzanna Məmmədova və 72 kq çəki dərəcəsində Zəhra Kərimzadə “Diana” İdman Kompleksində Bolqarıstan və Fransa milliləri ilə birgə toplanışda iştirak edəcəklər. Məşq prosesinin bu hissəsi avqustun 20-nə kimi davam edəcək. Məqsəd yerli mühitə uyğunlaşmaq və 17-24 avqust tarixlərində Bolqarıstanın Samokov şəhərində təşkil ediləcək U-20 dünya çempionatına daha yaxşı hazırlaşmaqdır.














