Azərbaycan stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində təlim-məşq toplanışı keçirəcəklər.

Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudovadan ibarət komanda baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında yerli kollektiv ilə birgə hazırlıq keçəcəklər.

Birləşmiş Ərəb Əmirlikləri Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.