Futzal üzrə UEFA Çempionlar Liqasının ilk mərhələsi çərçivəsində F qrupunda mübarizə aparacaq Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın oyunları üçün hakim heyəti məlum olub. Qitə qrumu bu matçlara dörd referi təyin edib. Bunlar Ukraynadan Orest Dutsyak, Portuqaliyadan Qonsalu Felipe Santuş Duarte, Monteneqrodan Vladimir Şebek və Bolqarıstandan Aleksandr Vangelovdur. Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək. Xatırladaq ki, ilkin etapda son ölkə çempionu avqustun 27-si Avstriyada Şimali İrlandiyadan “Sparta”, növbəti gün Şotlandiya təmsilçisi “Soltairs”, avqustun 30-u isə yerli “Lüti Krayişniçi” kollektivi ilə qarşılaşacaq. Yekunda qrup qalibi əsas mərhələyə yüksələcək.