Azərbaycanın basketbol üzrə yeniyetmə qızlardan və oğlanlardan ibarət komandaları Belarusun paytaxtı Minskdə keçirilən Vladimir Rıjenkov adına XXVIII beynəlxalq turnirdə çıxışlarını başa vurublar.

Qızlardan ibarət U-16 millisi ikinci, oğlanlardan ibarət komanda isə dördüncü olub.

Bundan əlavə, 3 basketbolçumuz – Leyla Allahverdiyeva, Polina Şukina və Faiq Kərimov xüsusi nominasiyalarda mükafatlandırılıblar.