Misli Premyer Liqasının XIV turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb.

Buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.

Qarşılaşma 23-cü dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb.

Matçın hansı tarixdə keçiriləcəyi ilə bağlı rəsmi məlumat daha sonra veriləcək.