Bu gün cüdo üzrə Azərbaycan çempionatı başa çatıb. Son yarış günündə kişilər və qadınlar arasında komanda yarışları baş tutub.

Kişilərdən 7, qadınlardan isə 5 kollektiv qalib adı uğrunda mübarizə aparıb.Yekunda kişilərdə “Kanokan TT”, qadınların yarışında isə “Şuşa UGİM” komandası qalib olub.

Xatırladaq ki, turnirin ilk iki günündə fərdi yarışlar keçirilib. Kişi və qadınlar arasında 14 çəkidə medalçılar bəlli olub.

Kişilərin mübarizəsində 60 kq-da Balabəy Ağayev, 66-da Nazir Talıbov, 73-də Kamran Süleymanov, 81-də Vüsal Qələndərzadə, 90-da Məmmədrza Hacıyev, 100-də Elmar Qasımov və 100 kq-dan artıq çəkidə Kənan Nəsibov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında isə 48 kq-da Könül Hacıyeva, 52-də Aydan Vəliyeva və 57-də Vüsalə Hacıyeva, 63-də Nilgün Rzayeva, 70-də Südabə Ağayeva, 78-də Nərgiz Hacıyeva, 78 kq-dan artıq çəkidə Mədinə Kaisinova qızıl medala sahib çıxıb.

Qeyd edək ki, ümumilikdə 80 cüdoçunun mübarizə apardığı Azərbaycan çempionatı “CBC Sport”un əsas və “Yutub” kanalları ilə canlı yayımlanıb.