MLS-də 2025 mövsümünün qalibi müəyyənləşib. Final matçında “İnter Mayami” və “Vankuver” kollektivləri üzləşib.
Görüşü 3:1 qalib tamamlayan “İnter Mayami” tarixində ilk dəfə MLS çempionu olub.
Bu, Florida təmsilçisinin ulduz futbolçusu Lionel Messi karyerasında 48-ci titulu əldə edib. Həmçinin, Mayami klubunun daha iki məşhur üzvü Xordi Alba və Serxio Buskes üçün matç karyeralarında sonuncu olub.














