Növbəti mövsümə Türkiyədə hazırlaşan “Turan-Tovuz” qonşu ölkədə son yoxlama matçını keçirib. Mərakeşdən “Vidad” ilə üzləşən qərb təmsilçisi 0-1 hesabı ilə uduzub. Bununla da “göy-qırmızılar” toplanışı qələbəsiz başa vurub. “Turan Tovuz” daha əvvəl yerli “Keçiörengücü”, “Çorum” kollektivləri ilə bərabərə qalıb. Albaniyanın “Flamurtari” klubuna isə 0-1 uduzub. Kurban Berdiyevin komandası ölkə çempionatının ilk turunda debütant “İmişli” ilə üzləşəcək.