Cüdo üzrə Azərbaycan çempionatı davam edir.
“CBC Sport”la canlı yayımlanan turnirin ikinci günündə daha 7 çəkidə medalçılar müəyyənləşib. Kişilərin yarışında 81 kq-da Vüsal Qələndərzadə, 90-da Məmmədrza Hacıyev, 100-də Elmar Qasımov və 100 kq-dan artıq çəkidə Kənan Nəsibov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınlardan isə 48 kq-da Könül Hacıyeva, 52-də Aydan Vəliyeva və 57-də Vüsalə Hacıyeva qızıl medala sahib çıxıb.
Cüdo üzrə Azərbaycan çempionatına dekabrın 7-si yekun vurulacaq.














