Bu gün Misli Premyer Liqasında XIV tura start veriləcək.
Turun açılış matçı Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. Burada “Zirə” “Qarabağ”la münasibətlərinə aydınlıq gətirəcək. Bir neçə gün öncə Bizon Azərbaycan Kubokunda “qartallar” “Neftçi”ni, “köhlən atlar” isə “Karvan”ı mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəlib. Çempionatdakı statistikaya gəlincə, meydan sahibləri 5, qonaqlar isə 11 oyundur ki, məğlubiyyətsizdir.
Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.

















