Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun daha iki matçı keçirilib.
“Milli Aviasiya Akademiyası” komandası “Murov Az Terminal”lı 3:0 hesabı ilə məğlub edib.
Digər matçda isə “Turan” UNEC kollektivi ilə üzləşib. Qarşılaşma qərb təmsilçisinin 3:0 qalibiyyəti ilə bitib. Bu qələbə ilə xalını 12-yə çatdıran “Turan” “DH Volley”i 1 xal qabaqlayaraq liderliyə yüksəlib. UNEC 8 xalla üçüncüdür.
Qadınlar arasında Yüksək Liqanın V turuna sabah yekun vurulacaq














