Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Son oyun günündə üç matç keçirilib.

I Liqa təmsilçisi “Şəfa” ilə üzləşən “Qəbələ” 2:1 hesablı qalibiyyətlə etap adlayıb.

“Difai”ini 3:1 məğlub edən “Sumqayıt” da adını ən yaxşı 8 komanda arasına yazıb.

Digər görüşdə “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Əlavə uzanan oyunun taleyini bir qol həll edib və “Gəncə” klubu növbəti mərhələyə yüksələn son kollektiv olub.

Beləliklə, 1/4 final mərhələsində bu duellər baş tutacaq:

“Şamaxı” – “Qarabağ”

“Sabah” – “Qəbələ”

“Sumqayıt” – “Zirə”

“Turan Tovuz” – “Kəpəz”