“Sumqayıt” heyətini ABŞ basketbolçu ilə gücləndirib. 24 yaşlı Jaaqo Aban Kalakonla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, 196 sm boya malik hücumçu indiyə qədər ölkəsində “Olney CC”, “Triton Kollec”, “Vestern İllinoys”, Finlandiyanın “Oulu” və “Aanekosken Huima” komandalarında çıxış edib.