Ruan Renato “Zirə”nin heyətində 100-cü oyununu keçirib.
31 yaşlı müdafiəçi yubiley nəticəyə Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində, “Neftçi” ilə matça (1:0) təsadüf edib.
Braziliyalı legioner ” əlavə vaxta qədər uzanan qarşılaşmada 120 dəqiqə meydanda olub. Renato “qartallar”da keçirdiyi 100 matçda 9 qola imza atıb. Bu görüşlərdən 80-i ölkə çempionatına, 10-u kuboka, daha 10 qarşılaşma da avrokuboklara təsadüf edib.
Cənubi amerikalı “Zirə”nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçu kimi tarixə keçib.














