Azərbaycan boksçuları dekabrın 3-də Rusiyanın Yuqorsk şəhərində start götürəcək neft ölkələri arasında Dünya Kubokunda iştirak edəcəklər. Dörd gün davam edəcək yarış Sibirdə nefti kəşf edən azərbaycanlı geoloq Fərman Salmanovun xatirəsinə həsr olunub.

15 ölkədən idmançıların qatılacağı çempionatda məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında Yadigar Əliyev, Ramal Yolçiyev (hər ikisi 51 kq), Mətin Məmmədov (57 kq), Əli Miriyev (60 kq), Ruslan Bayramov (63,5 kq), Malik Həsənov (67 kq), Novruzəli Quliyev və Rasim Çobanlı (hər ikisi 75 kq) rinqə çıxacaq.

Yarışda həmçinin, ölkəmizi referi kimi Anar Nağdıyev təmsil edəcək.