Türkiyə Superliqasında 14-cü tura yekun vurulub. Son görüşdə iki əzəli rəqib – “Fənərbağça” və “Qalatasaray” üzləşib.
Gərgin keçən İstanbul derbisində qalib müəyyənləşməyib və matç 1:1 hesabı ilə bitib. “Aslanlar”dan Leroy Sanenin qoluna “sarı-lacivərtlilər”dən Con Düran cavab verib.
Hazırda “Qalatasaray” 33 xalla turnir cədvəlinə başçılıq edir. “Fənərbağça” ondan bir xal geri qalır. Üçüncü “Trabzonspor”un 31 xalı var.












