Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlada təmsil edən Anna Obrien – Drake Tonq buzüstü rəqs cütlüyü Estoniyada keçiriləcək yeniyetmələr arasında dünya çempionatına vəsiqə qazanıb.
İdmançılarımız buna Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan “Santa Claus Cup” turnirində 126.79 xallıq göstərici ilə 11 idmançı arasında 6-cı yeri tutaraq nail olublar. Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı martın 3-8-i aralığında Estoniyanın paytaxtı Tallində baş tutacaq.














