Cənubi Koreya çempionatında mübarizə yekunlaşmaq üzrədir. Artıq liqanın çempionlar qrupunda son turun oyunları keçirilib. Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Tecon” axrıncı matçda “Kimçhon”la üzləşib. Krivotsyukun 90 dəqiqə meydanda olduğu matç onun komandasının 3:0 hesablı qələbəsi ilə bitib.

Bununla da çempionatı ikinci pillədə bitirən “Tecon” növbəti mövsüm üçün Asiya Çempionlar liqasına vəsiqə qazanıb. Qeyd edək ki, Anton Krivotsyuk bu təqvim ilində Koreya liqasında 30 oyuna çıxıb və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.