Misirin paytaxtı Qahirə şəhərində təşkil edilən karate üzrə dünya çempionatı başa çatıb. Asiya ölkəsinə gedən idmançılarımızdan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb 68 kq çəki dərəcəsində yarışan İrina Zaretska bürünc medal qazanıb. Qeyd edək ki, ondan başqa, parakarateçimiz Vidadi Xalıqov da fəxri kürsünün üçüncü pilləsinə qalxıb.