Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət komanda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
Tərəflərin ilk iki qarşılaşması bərabərliklə bitdiyindən qalib taybrekdə bəlli olub. Burada 3:1 üstün olan seçməmiz finala yüksəlib. Həlledici dueldə millinin rəqibi FIDE kollektivi olacaq.














