Azərbaycan qadın şahmat komandası İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında 1/4 final görüşünü keçirib.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət yığmamız bu etapda Gürcüstan seçməsini 2,5-1,5 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Millimiz final uğrunda bu gün Qazaxıstanla qarşılaşacaq.














