Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarışlara yekun vurulub.

Azərbaycan milli komandası turniri 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc olmaqla 59 mükafatla başa vurub. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub.

İlk pilləni Türkiyə tutub. Özbəkistan ikinci, İran isə üçüncü olub. Qeyd edək ki, İslamiadada 57 ölkədən idmançılar mübarizə aparıblar.