Misli Premyer Liqasında XII tura start verilib. İkinci dövrənin açılış matçı Yevlaxda keçirilib. Uzun müddət sonra doğma məkana qayıdan “Karvan-Yevlax” “Kəpəz”i qəbul edib. Görüş Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Saat 19:00-da başlayan qarşılaşmada “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Ağdam klubu səfərdə 4:2-lik qalibiyyətə sevinib. Xalını 26-ya çatdıran Qurban qurbanovun kollektivi turnir cədvəlinin lideridir.

XII tur sabah keçiriləcək “Araz-Naxçıvan” – “Turan Tovuz” və “Zirə” “Qəbələ” oyunları ilə davam edəcək. Müvafiq olaraq saat 15:00 və 17:30-da başlayacaq görüşlər “CBC Sport”la canlı yayımlanacaq.