Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları bəlli olub.

Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Sabina Kərimova daşıyacaq.

Qeyd edək ki, Cəfərov yarışı gümüş medalla başa vurubsa, Sabina Kərimova qılıncoynatma komandasının tərkibində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.