Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatında Azərbaycan 11 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında kişilərdən ibarət komandada Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadə (+90 kq) medalçılar sırasına düşməyə çalışacaq.
Qadınlardan ibarət yığmanın baş məşqçisi İlkin Ağayev isə Budapeştdə Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevaya (65 kq) güvənəcək.
Həmçinin, turnirin hakimləri arasında aəzrbaycanlı beynəlxalq dərəcəli referi Qalib Əbiyev də yer alacaq.
Qeyd edək ki, Avropa çempionatı 23-30 noyabr tarixlərində baş tutacaq.














