Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında qrup mərhələsinin son görüşündə qalib gəlib.

Kapitan İlahə Qədimovadır, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət komanda A qrupu çərçivəsində IV turda İspaniya ilə üz-üzə gəlib. Qarşılaşma seçməmizin 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, şahmat millimiz 1/4 finala adlayıb. Onların bu etapda rəqibi Gürcüstan olacaq.