Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə yarışlar yekunlaşmaq üzrədir.
Zərifə Hüseynova, Sabina Kərimova, Polina Kaspiaroviçdən ibarət Azərbaycanın qadın sablya komandası uğurlu çıxışı ilə yadda qalıb. Yarımfinalda Türkiyəni 45:32 hesabı ilə məğlub edən seçməmiz həlledici görüşdə Özbəkistana 45:43 qalib gələrək qızıl medal qazanıb. Beləliklə, millimiz ardıcıl ikinci dəfə İslamiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan əlavə, Aynur Quliyeva, Xədicə Həsənli, Nazilə Rəhimovadan ibarət qadın şpaqa komandamız yalnız yarımfinalda Özbəkistana uduzub və bürünc medal əldə edib.














