İsveçrənin Sürix şəhərində dünya çempionatı 2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatmaya əsasən İtaliya yarımfinalda Şimali İrlandiya ilə üzləşəcək. Bu cütün qalibi Uels – Bosniya və Herseqovina komandalarının uğurlusu ilə görüşəcək.
Türkiyə Rumıniya səddini keçərsə ya Slovakiya, ya da Kosovaya rəqib olacaq. “Ay-ulduzlar” mümkün final matçını səfərdə keçirəcək.
Ukrayna – İsveç duelində sevinən tərəf Polşa – Albaniya cütünün qalibinə rəqib olacaq.
Danimarka – Şimali Makedoniya qarşıdurmasında sevinən tərəf isə mundial uğrunda Çexiya – İrlandiya cütünün qalibi ilə yarışacaq.
A yolu
İtaliya – Şimali İrlandiya
Uels – Bosniya və Herseqovina
B yolu
Ukrayna – İsveç
Polşa – Albaniya
C yolu
Türkiyə – Rumıniya
Slovakiya – Kosovo
D yolu
Danimarka – Şimali Makedoniya
Çexiya – İrlandiya
Qeyd edək ki, Avropa zonası üzrə pley-off oyunları 2026-cı il martın 26-31-i aralığında keçiriləcək.












