Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatı 2029-un seçmə mərhələsi çərçivəsində hazırlığını davam etdirir. İlkin etapda kollektivin heyətinə 20 oyunçu çağrılıb.
Bununla yanaşı, Şimali Makedoniyada yığmaya daha bir basketbolçu qoşulacaq. Bu, İspaniyanın “Tenerife” klubunda çıxış edən ABŞ-li Uesli Van Bekdir. Hazırlıq prosesinin yekununda əsas komandaya 12 oyunçu seçiləcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçını noyabrın 27-si səfərdə Şmali Makedoniyaya qarşı keçirəcək. Seçməmizin ikinci görüşü noyabrın 30-u evdə Lüksemburqa qarşı olacaq.














