Basketbol üzrə FIBA Avropa Kubokunda qrup mərhələsinə yekun vurulub. Ötən gün I kvartetində son turda “Abşeron Lions”a uduzaraq Polşa təmsilçisi “Trefl”in ardından ikinci olan “Neftç”i pley-off etapına vəsiqə qazana bilməyib.

Belə ki, növbəti mərhələyə adlamaq üçün “ağ-qaralar” qrup ikinciləri arasında ilk altılığa daxil olmalı idi. Ancaq Bakı klubu bu kollektivlər arasında yalnız onuncu ola bilib və şansını itirib. Qeyd edək ki, digər təmsilçimiz “Abşeron Lions” qrupu üçüncü tamamlayıb.