FIFA milli komandaların yeni reytinqini açıqlayıb. Azərbaycan millisi siyahıda dörd pillə geriləyib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb.
Komandamız əvvəlki cədvəldə 1142.25 xalla 123-cü yeri tuturdu. FIFA reytinqinə 1877.18 xala malik İspaniya başçılıq edir.


















