FIBA Avropa Kubokunda qrup mərhələsində sonuncu, VI turun oyunları keçirilib. I qrupunda yarışan Azərbaycan təmsilçilərinin duelində “Abşeron Lions” “Neftçi”ni qəbul edib.
Bakı İdman Sarayın keçirilən matç “şirlər”in 95:86 hesablı qalibiyyəti ilə bitib. Xatırladaq ki, komandalar arasındakı ilk qarşıdurmada “ağ-qaralar” 104:86 qələbə qazanmışdı.
I qrupunu 9 xal toplayan Polşadan “Trefl” kollektivi birinci bitirib. Əlavə göstəricilərdə geri qalan “Neftçi” ikinci olub. Bakı klubu növbəti mərhələ şanslarını saxlayır. “Abşeron Lions” 8 xalla üçüncü, Estoniya təmsilçisi “Kalev” sonuncu yeri tutub.














