Dünya çempionatı-2026-nın Şimali Amerika üzrə seçmə mərhələsində qrup etapına yekun vurulub. Gecə baş tutan oyunların nəticəsinə əsasən Panama , Haiti seçmələri tarixlərində ikinci, Kürasao millisi isə ilk dəfə mundiala vəsiqə qazanıb. Bununla yanaşı Yamayka və Surinam komandaları qitələrarası pley-off etapında mübarizə aparacaq.
Panama 3:0 Salvador
Qvetamala 3:1 Surinam
Yamayka 0:0 Kürasao
Trinidad və Tabaqo 2:1 Bermud adaları
Kosta Rika 0:0 Honduras
Haiti 2:0 Nikaraqua














