Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarındakı üçüncü matçını keçirib. A qrupunun matçında Kot D’İvuar seçməsi ilə görüşən komandamız 21:14 hesabı ilə qalib gəlib.
Buna kimi Səudiyyə Ərəbistanı və Türkiyə kollektivlərini məğlub edən millimiz qrupu lider kimi bitirib və pley-off mərhələsinə yüksəlib.














