Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarına start verilib.
İlk gün üç təkanla tullanma növündə mübarizə aparan atletimiz Yekaterina Sariyeva mübarizəyə qoşulub. Onun ən yaxşı göstəricisi 13.84 metr olub. Bu nəticə ilə Yekaterina bürünc medala sahib çıxıb.












