Futbol üzrə İspaniya millisi tarixinin ən yaxşı məğlubiyyətsizlik seriyasına imza atıb.

Son Avropa çempionu buna DÇ-2026-nın seçmə mərhələsində səfərdə Gürcüstanı məğlub etməklə (4:0) nail olub.

Komanda bütün yarışlarda ardıcıl 30 rəsmi matçda yenilmir. Yığma bunların 25-də qələbə qazanıb, 5-də heç-heçə edib.

İspaniya seçməsinin əvvəlki rekordu 2010-cu ilin iyunundan 2013-cü ilin iyununadək qeydə alınıb. Milli həmin vaxt ardıcıl 29 görüşdə uduzmayıb.