Niderlandlı baş məşqçi Erik ten Haq “Ayaks”a qayıtmaqdan imtina edib.
55 yaşlı mütəxəssis Amsterdam təmsilçisinin təklifini geri çevirib. Bundan əlavə, klubun sabiq idman direktoru Mark Overmars da komandaya qayıtmaq istəməyib.
Erik ten Haq 2017-2022-ci illər aralığında “Ayaks”da işləyib. Komanda onun rəhbərliyi altında üç dəfə ölkə çempionatında qızıl medallara sahib çıxıb. Niderland nəhəngi noyabrın 6-da baş məşqçisi Con Heytinq ilə vidalaşıb.
Qeyd edək ki, “Qarabağ” “Ayaks”la UEFA Çempionlar Liqasının VI turunda üz-üzə gələcək. Qarşılaşma dekabrın 10-da Bakıda keçiriləcək.












