Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qadınlardan ibarət stolüstü tennis üzrə Azərbaycan millisi 1/4 final oyununu keçirib.
Buna kimi Pakistan və Uqandanın olduğu qrupu lider kimi tamamlayan Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komandamız pley-off-da Maldiv adaları kollektivi ilə üzləşib. Qələbə qazanan milli yarımfinala yüksəlib. Onlar final uğrunda Misir seçməsi ilə qarşılaşacaqlar. Matç sabah keçiriləcək.














