Azərbaycanın boksçusu Səidcəmşid Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu etapda iordaniyalı Hüseyn Laşhaişlə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Cəfərov adını finala yazdırıb. Bununla da o, ən azı gümüş medalı özü üçün təmin edib.













