Azərbaycanın qadınlardan ibarət stolüstü tennis yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti görüşünü keçirib.

Yığmamız C qrupundakı son oyununda Pakistan ilə qarşılaşıb. Matçı 8:3 qalib bitirən seçməmiz qrupda lider olaraq turnirin 1/4 final mərhələsinə adlayıb. Onlar bu etapda Maldiv adaları kollektivi ilə üzləşəcəklər. Qarşılaşam bu gün saat 17:00-da başlayacaq.