Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova (48 kq) VI İslam Həmrəyliyi Oyunlarında 3 bürünc medal qazanıb.

15 yaşlı idmançı birdən qaldırma hərəkətində 64 kq ağırlığın öhdəsindən gələrək bürüncə yiyələnib. O, daha sonra eyni nəticəni təkanla qaldırmada 79 kq-lıq göstərci ilə təkrarlayıb. Toplamda 143 kq ağırlıq qaldıran Əbilova hər iki nəticəyə görə 3-cü olub.